Harri Keyn Çempionlar Liqasında unikal uğura imza atdı
![Harri Keyn Çempionlar Liqasında unikal uğura imza atdı](https://baku.ws/storage/photos/uploads/thumbs/large/gjzz0QEslr0PWIJVg0vCstkp4EyadUP2hNCck3Ei.webp)
"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya klubunun heyətində UEFA Çempionlar Liqasında ilk 20 oyununda birbaşa olaraq 20 qolda (15 qol və 5 məhsuldar ötürmə) iştirak edib.
BAKU.WS xəbər verir ki, bu, "Bayern" (Menhen) tarixində Çempionlar Liqasındakı ilk 20 oyunundakı hər hansı digər oyunçudan çoxdur.
Xatırladaq ki, ingilis bu mövsüm Çempionlar Liqasının ilk pley-off matçında Şotlandiyanın "Seltik"inə (2:1) qol vurmuşdu.
Qeyd edək ki, ingilis hücumçu 2023-cü ilin yayında "Bavariya"ya keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 72 matçda iştirak edib, 72 qol vurub, 22 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Nüfuzlu "Transfermarkt" internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.
Oxşar xəbərlər
Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirməyəcək
Azərbaycan şahmatçısı Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirməyəcək. Azərbaycan Şahmat Federasiyasından BAK...
![](/images/banners/placeholder_home_right_az.jpg)