Futzal üzrə Azərbaycan millisi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb
Futzal üzrə Azərbaycan millisi Danimarkaya qarşı keçirdiyi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektivin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin heyətində Fərid Abbasov, Emil Həsənzadə, Ədalət Ələkbərov və təcrübəli qapıçı Rövşən Hüseynli fərqləniblər. Danimarka komandasının qollarını isə Mads Falk, Ruben Vinther vurublar.
Qeyd edək ki, komandalar arasında yanvarın 22-də baş tutan ilk yoldaşlıq oyununda Danimarka yığması 4:1 hesablı qələbə qazanmışdı.
Oxşar xəbərlər
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
Azərbaycanın yeniyetmə taekvondoçuları Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçiriblər. Azərbaycan Taekvondo Federasiyasından BAKU.WS-ə veri...