Futboldan uzaqlaşdıqdan sonra gəliri 30 dəfə artdı

Futboldan uzaqlaşdıqdan sonra gəliri 30 dəfə artdı
Foto
İdman 115

İngiltərəli keçmiş futbolçu Madelen Raytın gəliri 30 dəfə artıb.

BAKU.WS xəbər verir ki, İngiltərənin "Çarlton Atletik" (Charlton Athletic) klubunun sabiq üzvü hazırda sosial şəbəkələrdən xeyli qazanc əldə edir.

Sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün müqaviləsi ləğv edilən Rayt, futboldan uzaqlaşdıqdan sonra fəaliyyətini bloger kimi davam etdirməyə başlayıb.

Bu qərar onun maliyyə vəziyyətində kəskin dönüş yaradıb.

Böyük Britaniya mətbuatında yer alan məlumatlara görə, keçmiş futbolçunun illik gəliri futbol oynadığı dövrlə müqayisədə təxminən 30 dəfə artıb.

Belə ki, onun illik qazancı 50 min dollardan 1,5 milyon dollara yüksəlib.

Yeni iş modelinə keçən M.Raytın bu uğuru sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sabiq idmançının hekayəsi idmanı tərk edib rəqəmsal platformalara yönələn şəxslərin qazanc potensialını bir daha diqqət mərkəzinə gətirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər