Futbol hakimi matç zamanı öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Krasnoyarks vilayətinin Açinsk şəhərində keçirilən futbol matçı faciə ilə nəticələnib. Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunan turnir çərçivəsində təşkil edilən oyunda baş hakim Artur İksanov qəfil vəfat edib.
BAKU.WS xəbər verir ki, SHOT kanalının məlumatına görə, oyun zamanı 45 yaşlı İksanov özünü pis hiss edib, huşunu itirərək meydançaya yıxılıb. Beş dəqiqə sonra hadisə yerinə çatan təcili tibbi yardım briqadası reanimasiya tədbirləri həyata keçirsə də, hakimi xilas etmək mümkün olmayıb. İlkin məlumatlara əsasən, ölümə ürək tutması səbəb olub.
İksanovun üç övladı qalıb.
Oxşar xəbərlər
Batrakov: "Çox xoşbəxtəm"
Türkiyənin "Qalatasaray" klubunda çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Batrakov UEFA Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda Almaniyanın "Ştutq...