FİFA İranın ABŞ-də keçiriləcək 2026 Dünya Çempionatına buraxılması ilə bağlı açıqlama verilib

FİFA İranın ABŞ-də keçiriləcək 2026 Dünya Çempionatına buraxılması ilə bağlı açıqlama verilib
İdman 72

FİFA prezidenti Canni İnfantino İran milli komandasının 2026-cı il Dünya Kubokunun qrup mərhələsi oyunlarını planlaşdırıldığı kimi ABŞ-də keçirəcəyini bildirib.

BAKU.WS xəbər verir ki, onun sözləri "El Financiero" tərəfindən sitat gətirilib.

"Biz onların Dünya Kuboku oyunlarını ən yaxşı şəraitdə keçirmələrini təmin etmək üçün çalışırıq və əlimizdən gələni edəcəyik. B, C və ya D planları yoxdur, yalnız A planı var", - İnfantino bildirib.

Xatırladaqki, 28 fevralda ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib. Zərbələrdən biri Ali Lider Əli Xameneinin iqamətgahına dəyib. Nəticədə o, həlak olub. Cavab olaraq İran İsrailə, ABŞ hərbi bazalarına və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə raket və pilotsuz təyyarələrlə hücum edib.

Qeyd edək ki, Dünya Kuboku 11 - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Bir neçə media orqanı İranın ABŞ və İsraillə münaqişəsinə görə turnirdən çıxmasından sonra Rusiya millisinin "wild card" ala biləcəyini ehtimal edirdi. Lakin İran millisi daha sonra oyunlarının ABŞ-dən Meksikaya keçirilməsi ilə bağlı FIFA ilə danışıqlara başlayıb.

Oxşar xəbərlər

FİFA AFFA-ya təşəkkür edib

FİFA AFFA-ya təşəkkür edib

"FİFA Series – 2026" beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FİFA AFFA-ya təşəkkürünü bildirib. BAKU.WS milli assosiasiyaya istinadən x...

122 İdman 07:56 31 mart 2026

Son xəbərlər