FİFA Fransanın apellyasiya şikayətini rədd etdi

FİFA Fransanın apellyasiya şikayətini rədd etdi
İdman 25

Beynəlxalq Futbol Federasiyası (FİFA) Fransa millisinin yarımmüdafiəçisi Maykl Olisenin 2026-cı il dünya çempionatının 1/8 finalında Paraqvaya qarşı keçirilən oyunda aldığı sarı vərəqənin ləğvi ilə bağlı apellyasiya şikayətini təmin etməyib.

BAKU.WS "L'Equipe" nəşrinə istinadən xəbər verir ki,, xəbərdarlıq görüşün əlavə edilmiş vaxtında verilib və qüvvədə saxlanılıb.

Fransa millisinin baş məşqçisi Didye Deşam FİFA-nın qərarını təsdiqləyib.

"Bu səhər FİFA-nın qərarını aldıq. Sarı vərəqə qüvvədə qalır", – deyə Deşam bildirib.

Bununla da Olise iyulun 9-da Mərakeşə qarşı keçiriləcək 1/4 final matçında növbəti sarı vərəqəni alacağı təqdirdə, Fransa yığması yarımfinala yüksələrsə, həmin oyunu buraxmalı olacaq.

Fransa Futbol Federasiyası (FFF) apellyasiya müraciətini FİFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloquna göstərdiyi presedentə əsaslanaraq etmişdi. Belə ki, qurum daha əvvəl amerikalı futbolçuya göstərilən qırmızı vərəqəni ləğv etmişdi.

Lakin bu dəfə FİFA Fransa tərəfinin arqumentlərini qəbul etməyərək Maykl Olisenin sarı vərəqəsini qüvvədə saxlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər