Fərid Qayıbov: "İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir"
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
Qarabağın dilbər guşəsi Suqovuşanda təşkil olunan yarışdan öncə ön sözlə çıxış edən nazir bütün iştirakçılara uğurlar arzulayıb:
"Hər kəsi böyük idman bayramı münasibəti ilə təbrik edirəm. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir. Bu gün mübarizə Suqovuşanda davam edəcək. İnanıram ki, ən güclü qalib gələcək".
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirə aprelin 27-də Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Atletiko" Madriddə "Arsenal" ilə qarşılaşacaq
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, "Atletiko" Madriddə İngiltərənin "...