Fərid Qayıbov: "Dünya çempionatı kimi böyük turnirin Azərbaycanda keçirilməsi gözəl addımdır"
"Dünya çempionatı kimi böyük turnirin Azərbaycanda keçirilməsi gözəl addımdır".
Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı barədə danışarkən deyib.
Azərbaycan millisinin çempionatın qalibi olmasına münasibət bildirən nazir bunun doğma azarkeşlərin möhtəşəm dəstəyi ilə reallaşdığını söyləyib:
"Minifutbol millimiz bunadək Avropa çempionu olub, dünya çempionatında dördüncü yeri tutmuşdu. Bu idman növü ölkəmizdə yüksək səviyyədə inkişaf edir. Burada dövlətin dəstəyi mühüm yer tutur. Bildiyiniz kimi, idman ölkəmizdə dövlət siyasəti kimi müəyyənləşdirilib. Bunun nəticəsində Azərbaycanda irimiqyaslı yarışlar keçirilir, yeni qələbələr olur və idmanımız inkişaf edir".
Qeyd edək ki, Azərbaycan seçməsi finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə dünya çempionu olub.
Oxşar xəbərlər
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...