"Fənərbağça"nın əsas hücumçusu zədələndi
23
mar
2025
13:11
Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko burnundan zədələnib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, 37 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsində Rumıniyaya qarşı matçda xəsarət alıb və fasilədə əvəzlənib.
"Fənərbağça"nın futbolçusunun müayinələrdən sonra burnunun sındığı müəyyən edilib. O, müalicəsini İstanbulda davam etdirəcək və təxminən 10 gün meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina seçmə mərhələyə səfərdə Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qələbə ilə başlayıb.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: İslandiyanın "Vestri" klubu "Qarabağ" üçün 100 bilet ayırıb
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyada "Vestri"nin qonağı olacaq "Qarabağ"a 100 bilet ayrılıb. BAKU.WS xəbər verir ki, bu barə...