Erlinq Holand "Ginnesin Dünya Rekordları"na adını yazdırdı
Norveçli ulduz futbolçu Erlinq Holand karyerasındakı uğurları ilə "Ginnesin Dünya Rekordları" kitabına daxil edilib.
BAKU.WS "Guinness World Records"a istinadən xəbər verir ki, hücumçu dörd rekord üzrə sertifikat əldə edib.
Holann 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 36 qol vuraraq bir mövsümdə ən çox qol vuran futbolçu olub.
O, həmçinin APL-də 100 qola ən sürətli çatan oyunçudur. Holann bu göstəriciyə 111 matçda nail olub.
Futbolçu UEFA Millətlər Liqasında da ən məhsuldar oyunçu kimi tarixə düşüb. O, Norveç millisinin heyətində turnirdə 19 qol vurub.
Holann 2022/2023 mövsümündə Çempionlar Liqasında "RB Leypsiq"ə qarşı bir oyunda 5 qol vuraraq turnirin rekordunu da təkrarlayıb.
Hazırda futbolçunun təxmini bazar dəyərinin 220 milyon avro olduğu bildirilir.
Oxşar xəbərlər
Azyaşlı azarkeşlər Koxalskini özündən çıxartdı - ANBAAN VİDEO
Ötən gün "Dinamo" ilə oyundan sonra stadiondan ayrılan "Qarabağ"ın qapıçısı Mateuş Koxalski ilə bir qrup azyaşlı azarkeş arasında insident yaşanıb. BAKU.WS xəbə...