Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb
26
noy
2024
10:54
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Macarıstanda yerli "Ferentsvaroş" və İsveç təmsilçisi "Malmö" arasında keçiriləcək V turun matçını idarə edəcək.
Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən "Ferentsvaroş" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Oxşar xəbərlər
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
Türkiyənin "Fənərbağça" klubu 17 illik fasilədən sonra UEFA Çempionlar Liqasının əsas mərhələsinə qayıtmağa bacarıb. BAKU.WS-in məlumatına görə, 2026/27 mövsümü...