Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb
16
noy
2024
11:20
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının VI turunda A Liqasının 3-cü qrupunda keçiriləcək Bosniya və Herseqovina - Niderland oyununun baş hakimi olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu qarşılaşmada ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaqlar.
Qeyd edək ki, noyabrın 19-da Zenitsa şəhərindəki "Bilino Polje" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Oxşar xəbərlər
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
Türkiyənin "Fənərbağça" klubu 17 illik fasilədən sonra UEFA Çempionlar Liqasının əsas mərhələsinə qayıtmağa bacarıb. BAKU.WS-in məlumatına görə, 2026/27 mövsümü...