Əliyar Ağayev DÇ-2026-nın seçmə mərhələsinin oyununa təyinat alıb
08
iyn
2025
13:14
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
BAKU.WS xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.
Görüş iyunun 10-da Leskovaç şəhərində yerləşən "Duboçiça" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oxşar xəbərlər
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
Türkiyənin "Fənərbağça" klubu 17 illik fasilədən sonra UEFA Çempionlar Liqasının əsas mərhələsinə qayıtmağa bacarıb. BAKU.WS-in məlumatına görə, 2026/27 mövsümü...