Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb
16
sen
2025
12:51
Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb.
BAKU.WS xəbər verir ki, FIFA referisi sentyabrın 18-də Danimarkada "Kopenhagen" və Almaniyanın "Bayer" klubları arasında keçiriləcək ilk tur matçını idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
Türkiyənin "Fənərbağça" klubu 17 illik fasilədən sonra UEFA Çempionlar Liqasının əsas mərhələsinə qayıtmağa bacarıb. BAKU.WS-in məlumatına görə, 2026/27 mövsümü...