Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb.
BAKU.WS AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək "Bolonya" (İtaliya) - "Monako" (Fransa) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.
Noyabrın 5-də Bolonya şəhərində yerləşən "Renato Dall-Ara" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Oxşar xəbərlər
Misli Premyer Liqasında VI tura start verilir: "Neftçi" 1000-ci oyununa çıxır
Misli Premyer Liqasında VI turun oyunlarına bu gün start veriləcək. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, turun ilk qarşılaşmasında "Qəbələ" doğma meydanda...