Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
20
yan
2026
18:57
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində yanvarın 22-də İsveçrədə "Yanq Boyz" və Fransanın "Lion" komandaları arasında keçiriləcək matçın baş hakimi olacaq.
Ə.Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.
VAR-da Gilyermo Kuadra Fernandes, AVAR-da isə Nicat İsmayıllı olacaqlar.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək. BAKU.WS xəbər verir ki, NTD "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma Bakı İdman Saray...