İlk görüşdə qələbə çalan güləşçimiz Tunar Həsənov ikincidə uduzdu
Azərbaycan sərbəst güləşçisi Tunar Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının 1/4 finalında məğlub olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı gürcüstanlı Luka Dotiaşviliyə 4:5 hesabı ilə uduzub.
T.Həsənov 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
*** 14:25
Azərbaycanın sərbəst güləşçisi Tunar Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə qələbə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
Aslan Kərimov: "Sabah"ın "Slaviya"nı rahat məğlub edəcəyini düşünmək olmaz
"Növbəti oyunumuzu artıq Bakıda, doğma meydanda keçirəcəyik. Qarşılaşacağımız "Slaviya Praqa" kifayət qədər yaxşı və təşkilatlanmış komandadır. Təbii ki, onu "M...