Bakıda U17 dünya çempionatı: İdmançımız qızıl medal uğrunda güləşəcək
51 kq çəki kateqoriyasında mübarizə aparan İbrahim Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında 1/2 final görüşünə çıxıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o, İslam Kuraxmayevlə (Rusiya) qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb - 10:6.
Beləliklə, güləşçimiz finala çıxıb və qızıl medal uğrunda mübarizə aparacaq. Onun finalda rəqibi iranlı Benyamin Cəfər Aşofteh Mayvan olacaq.
***
51 kq-lıq çəki kateqoriyasında mübarizə aparan İbrahim Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında 1/4 final görüşünə çıxıb.
BAKU.WS xəbər verir ki, o, Qovind Qovindlə (Hindistan) qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb 10:3.
Bununla da İbrahim Həsənov yarımfinala vəsiqə qazanıb.
*** 13:49
Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub
Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi müəyyənləşib. İsveçrə təmsilçisi "Sankt Mortiz" üzərində...