Gülxanım Şirinova bürünc medal uğrunda görüşdə məğlub olub

Gülxanım Şirinova bürünc medal uğrunda görüşdə məğlub olub
İdman 31

Azərbaycan güləşçisi Gülxanım Şirinova Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşdə məğlub olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 40 kq çəki dərəcəsində yarışan idmançı türkiyəli Şirin Askara 4-12 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

***11:07

40 kq çəki dərəcəsində mübarizə aparan Gülxanım Şirinova Bakıdakı keçirilən güləş üzrə U17 dünya çempionatında təsəlliverici görüşə çıxıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o, Monqolustandan olan Azzaya Battulqaya ilə qarşılaşıb.

Görüş təmsilçimizin vaxtında əvvəl qələbəsi ilə başa çatıb - 10:0.

Qeyd edək ki, G.Şirinova 1/4 final mərhələsində Tasmin Athimni (Tunis) ilə bacarmamışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər