DÇ-2026-nın final oyununun baş hakimi bilindi
Futbol üzrə dünya çempionatının final qarşılaşmasını idarə edəcək baş hakim müəyyənləşib.
BAKU.WS xəbər verir ki, həlledici görüşdə üz-üzə gələcək İspaniya və Argentina yığmalarının oyununu sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
Dünya çempionatında üçüncü yer uğrunda keçiriləcək Fransa - İngiltərə matçına isə venesuelalı hakim Xesus Valensuela təyinat alıb.
Qeyd edək ki, Fransa - İngiltərə qarşılaşması iyulun 18-dən 19-na keçən gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. İspaniya - Argentina arasında keçiriləcək final oyununun start fiti isə iyulun 19-da, saat 23:00-da səslənəcək.
Oxşar xəbərlər
Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük"
Misli Premyer Liqasının VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"la oyununun ilk 10 dəqiqəsində rəqibinin qarşısını almağı düşünüb. BAKU.WS "Report"a istinadən xə...