DÇ - 2026: İngiltərə - Norveç matçı təxirə salına bilər
09
iyl
2026
10:10
Dünya çempionatı 2026-nın Norveç-İngiltərə matçı təxirə salına bilər.
BAKU.WS Mirror-a istinadən xəbər verir ki, 12 iyul Mayaminin "Hard Rok" stadionunda keçirilməsi nəzərdə tutulan matç hava şəraitinə görə başqa vaxta keçirilə bilər.
Matçın keçiriləcəyi gün Mayamidə şimşək çaxacağı, temperaturun 34° olacağı, oyunun başlayacağı saatda isə 43° hiss ediləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada iyunun 11-dən iyulun 19-dək keçirilir.
Oxşar xəbərlər
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...