Daha bir azərbaycanlı döyüşçü UFC ilə müqavilə imzaladı
Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC ilə müqavilə bağlayıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, yarımorta çəki dərəcəsində çıxış edən idmançı dünyanın ən nüfuzlu qarışıq döyüş növləri təşkilatı ilə rəsmi müqaviləyə imza atıb.
MMA-da 21 qələbə və 3 məğlubiyyətdən ibarət göstəriciyə malik olan Tahir Abdullayev UFC-də ilk döyüşünə iyunun 27-də çıxacaq.
Azərbaycan təmsilçisi debüt görüşünü Bakıda nəzərdə tutulan UFC turniri çərçivəsində keçirəcək.
Xatırladaq ki, daha əvvəl Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov UFC ilə müqavilə imzalayaraq eyni turnirdə debüt edəcəyini açıqlamışdı.
Oxşar xəbərlər
DÇ-2026-nın ən böyük ulduzları: Ronaldo, Messi, Mbappe və digərləri
Futbol üzrə 2026-cı il Dünya çempionatının başlamasına iki həftədən az vaxt qalıb. BAKU.WS xəbər verir ki, turnirdə iştirak edəcək milli komandalar artıq heyət...