Coy-Lens Mikels Azərbaycan futbolunda ilkə imza atdı
"Sabah"ın hücumçusu Coy-Lens Mikels Azərbaycan futbol tarixinə düşüb.
BAKU.WS Futbolinfo.az-a istinadən xəbər verir ki, almaniyalı futbolçu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" klubu ilə cavab matçında bunu reallaşdırıb.
"Bank Respublika Arena"da baş tutan görüşdə Mikels het-trikə imza atıb. Bu, "Sabah"a 4:1 hesablı qələbə qazandırıb. Mikels Azərbaycan klublarının heyətində avrokuboklarda bir dəfədən çox het-trikə imza atan ilk oyunçu olub. Özü də futbolçu hər iki nailiyyəti cari mövsümdə əldə edib. O, UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Selye" ilə qarşılaşmada da rəqib qapısından 3 top keçirmişdi.
31 yaşlı almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5 futbolçudan biridir. Ona qədər 4 oyunçu - Badri Kvaratsxeliya, Olavio Juninyo, Ernest Nfor və Teo Uiks hərəyə bir dəfə Avropa Arenasında het-trik müəllifi olublar.
2000/01 mövsümü, Çempionlar Liqası
Badri Kvaratsxeliya - 19.07.2000. "Şəmkir" - "Skonto" (Latviya) - 4:1 (əlavə vaxtda).
2014/15 mövsümü, Avropa Liqası
Ernest Nfor - 07.08.2014. "Çixura" (Gürcüstan) - "Neftçi" - 2:3.
2015/16 mövsümü, Avropa Liqası
Teo Uiks - 30.06.2015. "Qəbələ" - "Samtredia" (Gürcüstan) - 5:1.
2024/25 mövsümü, Çempionlar Liqası
Olavio Juninyo - 30.07.2024. "Qarabağ" - "Linkoln" (Cəbəllüttariq) - 5:0.
2025/26 mövsümü, Avropa Liqası
Coy-Lens Mikels - 17.07.2025. "Selye" (Sloveniya) - "Sabah" - 3:3 (əlavə vaxtda).
2025/26 mövsümü, Konfrans Liqası
Coy-Lens Mikels - 31.07.2025. "Sabah" - "Petrokub" (Moldova) - 4:1.
Qeyd edək ki, "Sabah" "Petrokub"u hər iki oyunda məğlub edərək (2:0, 4:1) III təsnifat mərhələsinə yüksəlib.
Oxşar xəbərlər
"Botafoqo" Pedro Bikalyo üçün yenidən rəsmi təklif göndərdi
Braziliyanın "Botafoqo" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyonun transferi üçün ikinci dəfə rəsmi müraciət edib. BAKU.WS xəbər verir ki, "Globo"nun...