Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütlükləri müəyyənləşib

Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütlükləri müəyyənləşib
İdman 39

UEFA Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunları başa çatıb. Bununla da turnirin pley-off mərhələsində üz-üzə gələcək bütün komandalar müəyyənləşib.

BAKU.WS xəbər verir ki, avqustun 11-də keçirilən qarşılaşmalardan sonra pley-off mərhələsində aşağıdakı cütlüklər formalaşıb:

"Fənərbağça" (Türkiyə) - "Lion" (Fransa)

"NEK Neymegen" (Niderland) - "Bodo-Qlimt" (Norveç)

"Hapoel" Beer-Şeva (İsrail) - "Sabah" (Azərbaycan)

"Slovan" (Slovakiya) - "Çelye" (Sloveniya)

"Seltik" (Şotlandiya) - LASK (Avstriya)

"Dinamo" Zaqreb (Xorvatiya) - "Vikinq" (Norveç)

"Levski" (Bolqarıstan) - AEK (Yunanıstan)

Pley-off mərhələsinin ilk oyunları 18 avqustda, cavab qarşılaşmaları isə 25 avqustda keçiriləcək.

Cütlüklərdə qalib gələn komandalar Çempionlar Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq. Məğlub olanlar isə mübarizəni Avropa Liqasının əsas mərhələsində davam etdirəcəklər.

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasının qalibi PSJ olub. Paris təmsilçisi finalda London "Arsenal"ını penaltilər seriyasında məğlub edib - 1:1, penaltilər 4:3.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kriştiano Ronaldo evləndi

Kriştiano Ronaldo evləndi

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo və sevgilisi, model Corcina Rodrigez rəsmi nikaha daxil olublar. BAKU.WS xəbər verir ki, 41 yaşlı portuqaliyalı futbol...

76 İdman 09:40 12 avqust 2026

Son xəbərlər