Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub
Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının medalları təqdim olunub.
Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, çempionatın medalları özünəməxsus dizaynı ilə seçilir.
Medalın kənarlarında Azərbaycanın zəngin mədəni irsini əks etdirən milli xalçaçılıq naxışlarından istifadə olunub.
Bu elementlər yarışın ev sahibi olan Azərbaycanın tarixi-mədəni dəyərlərini ön plana çıxarmaqla yanaşı, medallara xüsusi estetik görünüş qazandırır.
Diametri 10 santimetr olan medallardan ümumilikdə 120 ədəd hazırlanıb. Yarışda 30 qızıl, 30 gümüş və 60 bürünc medal sahibini tapacaq.
Qeyd edək ki, U-17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək.
Oxşar xəbərlər
Qvardiola imtina etdi, İtaliya millisinin sükanı Pirloya həvalə olunur
İtaliya millisinin yeni baş məşqçisi postuna əsas namizəd kimi əfsanəvi sabiq futbolçu Andrea Pirlonun adı ön plana çıxıb. BAKU.WS xarici mətbuata istinadən xəb...