Bakıda keçirilən Formula 1 yarışı 2017-ci ilin ən yaxşısı seçilib

Bakıda keçirilən Formula 1 yarışı 2017-ci ilin ən yaxşısı seçilib
İdman 1364
Formula 1 üzrə Azərbaycan Qran Prisi 2017-ci ilin ən yaxşı yarışı seçilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanın paytaxtında reallaşan mərhələ dünyanın aparıcı kütləvi informasiya vasitələrinin sorğusunda birinci olub.“Daily Mail”, “Sky Sports”, “The Times”, “Bild am Sonntag”, “ViaSat” kimi nüfuzlu nəşrlərin avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçiləri arasında apardığı sorğuda əksəriyyəti Bakıdakı yarışı fərqləndirib.Qeyd edək ki, Azərbaycan Qran Prisində “Red Bull” komandasının pilotu Daniel Rikkardo gözlənilməz şəkildə qələbə qazanıb. Yarış zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində yaşanan ən yaddaqalan hadisələrdən biri olub. Bundan başqa, Formula 1-in təkər təchizatçısı “Pirelli” şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmənin olduğu yarış olub.Qeyd edək ki, 2018-ci il Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.TuncayBAKU.WS

Oxşar xəbərlər

Məşhur F1 pilotu Bakıda rəqs etdi, nazir oğlu əl çaldı (VİDEO)

Məşhur F1 pilotu Bakıda rəqs etdi, nazir oğlu əl çaldı (VİDEO)

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə Formula-1 pilotlarından biri Daniel Rikardo Bakıda səfərdədir. BAKU.WS-in məlumatına görə, ötən...

4804 Şou-biznes 09:40 30 noyabr 2017

Son xəbərlər