Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
Sərbəst güləş üzrə aşağı yaş qrupları üzrə milli komandaların tərkibi yenidən formalaşıb.
Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, Arif Abdullayev böyüklərdən ibarət milli komandanın məşqçilər heyətinə cəlb edilib.
U-20 milli komandasının böyük məşqçisi vəzifəsinə Əşrəf Əliyev təyin edilib. Rövşən Hacıyev və Nazim Əlicanovla yanaşı, Əsgərxan Novruzov da bu komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.
U-17 milli komandasının böyük məşqçisi vəzifəsi Hacı Əliyevə həvalə edilib. Məşqçilər heyətində Qırxlar Bədəlov, Allahverdi Vəliyev və Yaşar Əliyev də yer alıb.
U-15 milli komandasında böyük məşqçi vəzifəsini isə Emin Əzizov icra edəcək. Bu komandada digər məşqçilər Elşad Allahverdiyev və Əliabbas Rzazadə olacaq. Abil İbrahimov isə məşvərətçi-məşqçi statusu ilə milli komandaya dəstək verəcək.
Oxşar xəbərlər
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Dünya Kubokunun qalibi olub
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunun qalibi olub. BAKU.WS xəbər verir ki, bu barədə Milli Para...