Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Şimali Makedoniyanın Skopye şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) BAKU.WS-ə verilən məlumata görə, təmsilçimiz finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb.
Rəqibinə 6:0 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U-20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi olub.
Zəhra Kərimzadə (72 kq) isə gərgin mübarizə şəraitində keçən bürünc medal görüşündə Türkiyənin digər təmsilçisi İlayda Çinə 9:11 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.
Oxşar xəbərlər
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub. BAKU.WS xəbər verir...