Azərbaycanın 3 güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib
Azərbaycanın 3 güləşçisi U-20 dünya çempionatının yarımfinalına yüksəlib.
BAKU.WS Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımfinala vəsiqə qazananlardan 2-si yunan-Roma, 1-i isə qadın güləşçisidir.
Yunan-roma güləşçisi Ayxan Cavadov (60 kq) fransalı Maqomed Varayevə (9:0) və braziliyalı Pedro Enrike de Souza Rodriqesə (6:2) qalib gələrək yarımfinala adlayıb. O, bu mərhələdə iranlı Əmirəli Heydəri ilə üz-üzə gələcək.
Digər yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) gürcüstanlı Luka Pipiya (8:0), yaponiyalı Rondo Kodama (8:0) və özbəkistanlı Bekmurod Rustamovu (1:1 - ilk xal prinsipi) üstələyərək yarımfinala yüksəlib. İdmançının növbəti rəqibi belaruslu Kiril Valevski olacaq.
Qadın güləşçilərin mübarizəsində Zəhra Kərimzadə (53 kq) türkiyəli İlayda Çini "tuş"la məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda hindistanlı Tanu Şarma ilə qarşılaşacaq.
Esra Məmmədli (72 kq) isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya məğlub olub (1:7).
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da, medallar uğrunda görüşlər isə 20:00-da başlayacaq.
Oxşar xəbərlər
"Neftçi" serbiyalı futbolçu Draqolyub Saviçi heyətinə qatdığını açıqlayıb
"Neftçi" daha bir futbolçu transferini həyata keçirib. BAKU.WS xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Serbiyalı hücumame...