Azərbaycan Premyer Liqasında "Neftçi" "Araz Naxçıvan"a məğlub olub
01
noy
2024
23:15
Misli Premyer Liqasının XII turunda "Neftçi" "Araz-Naxçıvan"a məğlub olub.
"Neftçi Arena"da baş tutan matçda qonaqlar 1:0 hesablı qələbəyə sevinib.
Görüşdə yeganə qolu ilk yarım saatın tamamında Felipe Santos meydan sahiblərinin qapısından keçirib.
Ehtiyatda daha bir matçı olan Naxçıvan klubu 24 xalla üçüncü, "ağ-qaralar" 9 xalla səkkizincidir.
Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" "Qarabağ"la qolsuz heç-heçəyə razılaşıb.
Oxşar xəbərlər
Dünya çempionatı: Hidayət Heydərov və daha iki Azərbaycan cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın daha üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq. BAKU.WS xəbər verir ki, yarışın üçüncü günündə Xədicə Qədəşova...