Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçiriləcək
19
apr
2025
10:10
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir oyunu baş tutacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün Bakı İdman Sarayında keçiriləcək matçda "Naxçıvan" "Abşeron"la üz-üzə gələcək.
Qarşılaşma saat 14:00-da başlayacaq.
Bununla da pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.
Qeyd edək ki, bu raundun əvvəlki qarşılaşmalarında "Şəki" "Gəncə"yə 85:84, Neftçi" "Ordu"ya 93:84, "Sabah" isə "Sərhədçi"yə 90:64 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir
UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanacaq daha 4 komanda bu gün müəyyənləşəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, 1/8 final mərhələsinin ca...