"Araz-Naxçıvan" futzal klubu doqquz oyunçusu ilə yolları ayırıb
"Araz-Naxçıvan" futzal klubu doqquz oyunçusu ilə yolları ayırıb.
Bu barədə "Report"a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Son Azərbaycan çempionu Amirhossein Rasouli, Roman Adamov, Mateus Enrike, Əmir Şocai, Nurlan Məmmədov, Novruz Kazıxanov, Lazar Milosavljeviçi, Əli Quliyev və Ali Rostami ilə vidalaşıb.
Bununla yanaşı Xəzər Ağalızadə, Ülvi Əliyev, Covanni Valerio, Karlos Bartola, Emin Kürdov və Əli Həsənzadənin müqavilələrinin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.
Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.
Oxşar xəbərlər
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
Türkiyənin "Fənərbağça" klubu 17 illik fasilədən sonra UEFA Çempionlar Liqasının əsas mərhələsinə qayıtmağa bacarıb. BAKU.WS-in məlumatına görə, 2026/27 mövsümü...