VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Evdə, qarajda məşq edə bilərəm. Amma zədələrimi bərpa etmək üçün məşqləri tam azaltmışam".

Bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin karateçisi Rafael Ağayev deyib.

35 yaşlı titullu idmançı bildirib ki, məşq etmədiyi üçün kökəlib: "Ən pis xəbər odur ki, xeyli çəki almışam. 75 kq idim, 85 kq olmuşam. Bu, bir tərəfdən pisdir, digər tərəfdən isə yaxşı. Əzələ kütləsi yığmışam. Çəki salmaq çətin olsa da, bunun öhdəsindən gələcəyəm".

BAKU.WS