8 yaşlı Elif İstanbuldan qızıl medalla döndü
26-29 iyun tarixlərində İstanbul şəhərində bədii gimnastlar arasında beynəlxalq "İnternational Performace Cup 2025" yarışı keçirilib. Azərbaycan, Ukrayna, Türkiyə, Özbəkistan və Maldovadan olan idmançılar aylardır hazırlaşdıqları çıxışlarını təqdim ediblər.
BAKU.WS xəbər verir ki, Türkiyədə keçirilən beynəlxalq yarışda ölkəmizi təmsil edən 2016-cı il təvəllüdlü idmançılar arasında B kareqoriyasında halqa ilə çıxış edən Elif Hacıyeva ən çox bal toplayaraq 1-ci yeri qazanıb və qızıl medalla təltif edilib.
8 yaşlı gimnast Elif Hacıyeva eyni zamanda bədii gimnastikada vacib sayılan artistizm üzrə isə kubok qazanıb.
Qeyd edək ki, beynəlxalq yarışa Azərbaycanın 4 idman klubundan 50-ə yaxın idmançı qatılıb.
Məşqçilər Nəzirə Salmanzadə və Nigar Xankişiyevanın tələbəsi olan Elif Hacıyeva beynəlxalq yarışda "Su idmanı" klubununu təmsil edib. Klubun idmançıları vətənə ümumilikdə 8 qızıl, 4 gümüş və 1 bürünc medalla dönüblər.
Qalereya
Oxşar xəbərlər
UFC çempionu İslam Maxaçev Las-Veqasda Moraleslə döyüşəcək
Rusiyalı yüngül çəki üzrə UFC çempionu İslam Maxaçev növbəti döyüşünü Maykl Moraleslə keçirəcək. BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı "El Comercio" y...