SİZİN REKLAM BURADA!
055 213 76 73


AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçında vurduğu qolu hesaba alınmayan Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadəyə yerli komandanın hücumçusu Adam Salai hədiyyə söz verib. 

BAKU.WS
xəbər verir ki, bu barədə Bəhlul Mustafazadə İTV-də yayımlanan "Bol İdman" verlişində danışıb. 

O bildirib ki, oyundan sonra video təkrara baxarkən Macarıstanın qapısına vurulan qolun həqiqiliyi isbat olub. Bundan sonra Macarıstan yığmasının hücumçusu Adam Salai ona söz verib ki, əgər qrupdan çıxsalar, onda müdafiəçimizə hədiyyə göndərəcək. 

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Macarıstan - Azərbaycan matçı başa çatdıqdan sonra hakim Dennis Hiqler baş məşqçi Nikola Yurçeviçdən üzr istəyib.
BAKU.WS
VİDEO