VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo “GMB” verilişində Pyers Morqana müsahibə verib.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, o, ailə üzvlərindən, başına gələn hadisələrdən, qalmaqallardan və sevgilisi Corcinadan danışıb.
Veriliş zamanı Ronaldo hələ 20 yaşında olarkən itirdiyi atası Joze Dinis Aveyro ilə bağlı yayımlanan reportajı görəndə gözyaşlarını saxlaya bilməyib:

“Videonu daha öncə heç görməmişdim. İnanılmazdır. Reportajın daha əyləncəli olacağını düşünürdüm, ağlamağı gözləmirdim”.
Ronaldo atası haqqında bunları deyib:


“Atamı heç vaxt 100 faiz tanımaya bilmədim. Həmişə sərxoş olurdu. Aramızda normal münasibət yox idi. Hazırda zirvədə olduğumu, əldə etdiklərimi görə bilmədi”.

Ulduz futbolçu adının haallandığı təcavüz qalmaqalı ilə bağlı da danışıb:

“Bir gün sevgilimlə evdə oturarkın belə xəbərə rast gəldik. Haqqımda çıxan iddiadan danışılırdı. Uşaqlarımın pilləkəndən endiyini eşidən kimi kanalı dəyişdirdim. Çünki utancverici idi”.


Ronaldo sevgilisi Corcina ilə bir gün evlənəcəyini də söyləyib:

“O, uşaqlarımın anasıdır və həmişə yanımdadır. Ona aşiqəm. Anam da evləndiyimi görmək istəyir. Bir gün mütləq evlənəcəyik”.


BAKU.WS
VİDEO