055 213 76 73
BAKU.WS-in məlumatına görə, yığmanın üç futbolçusu AVRO-2020-nin seçmə mərhələsinin növbəti oyununu buraxacaq.
Bunlar milliləşən legionerlər Anton Krivotsyukla Dmitri Nazarov, həmçinin kapitan Maksim Medvedevdir.
Onlar E qrupunun bu gün keçirilən VI turunun Xorvatiya ilə ev görüşündə sarı vərəqə aldıqları üçün bu durumla üzləşiblər. “Üçlük” seçmə mərhələdə 3-cü dəfə xəbərdarlıqla cəzalanıb.
Bunadək A.Krivotsyuk Slovakiya ilə ev, Uelslə səfər, M.Medvedev Xorvatiya ilə səfər, Macarıstanla ev, D.Nazarov Macarıstanla ev, Uelslə səfər görüşlərində cəzalanmışdı.
Bu üç oyunçu oktyabrın 13-də Macarıstana qarşı keçiriləcək matçı buraxacaq.
BAKU.WS