SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsinin Uelslə oyununda avtoqol qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Kardiffdəki görüşdə hesabı öz qapısına qol vuran Pavel Paşayev açıb.

Yığmanın müdafiəçisi milli karyerasında ilk dəfə avtoqol müəllifi olub. Lakin komandamız tarixində yubiley – 10-cu dəfə öz qapısına qol vurub.

Rəşad Sadıqov yığmanın avtoqollar üzrə rekordçusudur. O, 4 dəfə qapıları səhv salıb. İlk avtoqolun müəllifi kimi tarixə düşən Tərlan Əhmədov, həmçinin Emin Ağayev, Emin Quliyev, Maksim Medvedev və Aftandil Hacıyev də P.Paşayev kimi bir dəfə üzülüb.

Azərbaycan yığmasının bütün avtoqolları


7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu
Bakı. Azərbaycan – İtaliya 0:2
Tərlan Əhmədov

12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu 
Helsinki. Finlandiya – Azərbaycan – 3:0 
Emin Ağayev

14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü
Dubay. BƏƏ – Azərbaycan – 3:3
Emin Quliyev, 4

26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu 
Varşava. Polşa – Azərbaycan – 8:0 
Aftandil Hacıyev, 16

29 may 2010-cu il. Yoldaşlıq görüşü.
Bişofshofen. Makedoniya – Azərbaycan – 3:1
Rəşad Sadıqov, 66

7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu
Köln. Almaniya – Azərbaycan – 6:1
Rəşad Sadıqov, 53

13 oktyabr 2014-cü il.
AÇ-2016-nın seçmə mərhələ oyunu
Osiyek. Xorvatiya – Azərbaycan – 6:0
Rəşad Sadıqov, 61

1 sentyabr 2017-ci il.
DÇ-2018-in seçmə mərhələ oyunu
Oslo. Norveç – Azərbaycan – 2:0
Rəşad Sadıqov, 60

23 mart 2018-ci il. Yoldaşlıq görüşü
Bakı. Azərbaycan – Belarus – 0:1
Maksim Medvedev

6 sentyabr 2019-cu il. AÇ-2020-nin seçmə oyunu
Kardiff. Uels – Azərbaycan – 1:0 (davam edir)
Pavel Paşayev
BAKU.WS