SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan yığmasının dünən Uelslə səfər qarşılaşmasından xəbər hazırlayan "eurosport.ru" saytı Pavel Paşayevin avtoqolunu gülüş obyektinə çevirib. 

BAKU.WS xəbər verir ki, sayta "Azərbaycanlı müdafiəçi elə avtoqol vurub ki, yemək yeyəndə gülməkdən boğula bilərsiniz" başlıqlı xəbər yerləşdirilib. 

Qeyd edək ki, Uelsin hücumçusu Qaret Beylin 26-cı dəqiqədə zərbəsindən sonra top Pavel Paşayevə dəyərək qapıya daxil olub. 

Qarşılaşma millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 

BAKU.WS