SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ” konqolu hücumçusu Con Delarjla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

BAKU.WS xəbər verir ki, klub ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Qarabağ" 29 yaşlı futbolçunu ötən ilin iyul ayında "Bursaspor"dan transfer etmişdi. Lakin gözlənilən oyunu göstərməyən futbolçu bu ilin yanvar ayında əvəzedici heyətə göndərilmişdi.

O, “Qarabağ”da 19 matçda 3 qol vurub.
BAKU.WS