SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ” hər iki oyunda bizdən güclü idi. Bunu hamı gördü”. 

BAKU.WS xəbər verir ki, bunu “Linfild” futbol klubunun baş məşqçisi Devid Hili deyib.

Şimali İrlandiya çempionu Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda 3:2 hesabı ilə qalib gəldiyi “Qarabağ”a cavab görüşündə məğlub olaraq 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

D. Hili oyunsonrası mətbuat konfransında bildirib ki, Ağdam klubunun güclü olduğunu qəbul edir: "Onların qələbəyə layiq olduğunu düşünürük. "Qarabağ"a qrupda uğurlar arzulayıram. “Qarabağ” bizdən fərqli, tam peşəkar komandadır. Bəzən əhvalın pis olanda isə hakimə narazılıq olur. İkinci qolun ofsayd olub-olmadığı mənim üçün qaranlıq qaldı. Referinin idarəçiliyi məni təəccübləndirdi. 50-50-yə olan epizodlarda ev sahiblərinin xeyrinə qərar verdi”.

O vurğulayıb ki, bundan sonra Bakını xatırlayacaq: "Burda çox gözəl münasibətlə qarşılaşdıq. “Qarabağ”a təşəkkür etmək və bir daha uğurlar arzulamaq istəyirəm".

D. Hili Azərbaycan çempionu ilə başabaş oynamalarının səbəbini də açıqlayıb: "Bilirdik ki, topa çox yiyələnə bilmərik və mübarizə aparmalıyıq. Yarıhəvəskar komandayıq. Bunun fonunda güclü komandaya qarşı çox yaxşı mübarizə apardıq. İmkanlarımız bura qədər idi. Kimi fərqləndirməyə gəlincə, bir nəfəri seçmək çətindir. Komanda hər xətdə mübarizə apardı. Daha çox orta sahədəkilər və qapıçılar seçildi. “Qarabağ”dan isə Abdullah Zubir və Riçard Almeydanın hərəsinə 1 milyon verməyə dəyər".
BAKU.WS