SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya La Liqasında 2-ci tura yekun vurulub.

BAKU.WS xəbər verir ki, turun son matçında “Barselona” öz meydanında “Betis”lə qarşılaşıb.

İlk matçda gözənilmədən məğlub olan “Barselona” heyfini “Betis”dən çıxıb. Kataloniya təmsilçisi rəqibini 5:2 hesabı ilə darmadağın edib.

Yayda transferlərə yüksək miqdarda pullar xərcləyən və mövsümə böyük ümidlərlə başlayan “Betis” ikinci matçından da məğlubiyyətlə ayrılıb.

“Barselona” - “Betis” - 5:2

Qollar: Qrizmann, 41; 50; Peres, 56. Alba, 60. Vidal, 77 – Fekir, 15. Loren, 79.
BAKU.WS
VİDEO