SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün UEFA Çempionlar Liqasının ikinci yarımfinal görüşü keçirilib.

BAKU.WS xəbər verir ki, görüşdə İspaniyanın “Barselona” klubu doğma azarkeşlər önündə İngiltərənin “Liverpul” klubunu qəbul edib.

Qarşılaşmadan ev sahibi 3:0 hesablı qalibiyyətlə ayrılıb. Matçda qolları Suarez (26) və Messi (75,82) vurub.

Bu komandalar arasında cavab qarşılaşması mayın 7-də keçiriləcək.

Mərhələnin digər görüşündə Hollandiyanın “Ayaks” klubu səfərdə İngiltərənin “Tottenhem” klubunu minimal hesabla məğlub edib.
BAKU.WS
VİDEO