Azərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb.

BAKU.WS-in məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 34 yaşlı idmançı finalda Stanislav Horunaya uduzub - 0:4.

Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub. Yığmamız yekunda 10-cu yeri tutub. İlk yerin sahibi isə Rusiya kollektivi olub. 
BAKU.WS