SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Minskdə start götürəcək II Avropa Oyunlarında iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan yığmasının yekun heyətinə çağrılmayan keçmiş Olimpia çempionu Toğrul Əsgərov yaranan vəziyyətə münasibət bildirib.

BAKU.WS bölgə muxbirinin verdiyi  məlumata əsasən  Gəncə güləş məktəbinin yetirməsi yığmanın heyyətinə çağrılmamasını bir sıra səbəblərlə izah  edib. 

“Müəyyən zədələrim varıydı. Onun bərpası ilə məşğul olurdum. Hazırda yığma komandanın tərkibində məşqlərə qatılmışam. İstəklərim var. Böyük hədəflərim var. Bunun üçün də nə lazımdırsa, etməyə hazıram Mən özümə inanıram. İdmançının özünə inamı, güvəni olmalıdır. Bu da mən var. Əlimdən nə gəlirsə artıqlaması ilə çalışmalıyam, qabağıma məqsəd qoymalıyam  və  ona çatmalıyam.”

Gəncəli güləşçi “Tokio-2020” Yay Olimpia Oyunlarına hazırşadığını da əlavə edib. Toğrul Əsgərov qısa zaman kəsiyindən sonra bütün yarışlara qatılacağını vurğulayıb.

Qeyd edək ki, Toğrul Əsgərovu Minskdə Hacımurad Hacıyev əvəz edəcək.



BAKU.WS