SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən gün baş tutan "Apollon”-"Qəbələ” oyununda kiprli azarkeşlər Azərbaycan bayrağını yandırıblar.
 
BAKU.WS-in məlumatına görə, "Qəbələ” futbol klubu bu faktın Kipr təmsilçisi tərəfindən gizlədildiyini bildirilir. Məlumata görə, Kipr mətbuatı komandamızın kapitanı Cavid Hüseynovun "Apollon”un qapısına penalti zərbəsilə qol vurduqdan sonra qeyri-etik jest etməsini qabartmaqla Azərbaycan bayrağını yandırılması faktını gizlətməyə çalışır.
 
Xatırladaq ki, ötən gün baş tutmuş "Apollon”-"Qəbələ” oyunu 1:1 hesabı ilə başa çatıb. "Qəbələ” son dəqiqədə kapitan Cavid Hüseynovun penalti zərbəsilə məğlubiyyətdən xilas ola bilib. Cavidin penalti yerinə yetirdiyi qapının arxasındakı tribunada olan azarkeşlər bayrağımızı cıraraq asıblar. Onlar bu yolla Cavidə psixoloji təzyiq göstərmək istəyiblər. Bunadək isə "Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsində Tiflis "Dinamo”su ilə səfər matçında yerli azarkeşlər Azərbaycan bayrağını yandırmışdılar. 
 
Azad Əliyev 
BAKU.WS