VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq. İngiltərədə çox ciddi baş məşqçilər çalışır. Yaxşı hazırlaşmışıq. Əlavə şərhə ehtiyac yoxdur. Çalışacağıq ki, yaxşı mübarizə apararaq, istədiyimiz oyunu nümayiş etdirək”.


BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turunda evdə İngiltərənin "Arsenal” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl deyib.


46 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb...


- Henrix Mxitaryanın Bakı gəlməməsinə münasibətiniz necədir: Bu, bizim üçün üstünlükdür?


- Futbolun siyasətə qarışmasını istəməzdim. Amma bəzən bunsuz mümkün deyil. Belə hallarda hər bir klub öz futbolçusunu daha da qoruyub saxlamaq istəyir, əlavə söz-söhbət olması haqda düşünmək istəmir. İdmanda belə hallara rast gəlmişik. Bura gələn və normal qarşılanan idmançılar da olub. Təbii ki, təzyiqlər olub və bu, normaldır.


Elə insanlar var ki, müharibədə öz əzizlərini itirib. Ola bilər ki, emosiolarını saxlaya bilməsinlər. Eyni anda 10-15 nəfər təzyiq edirsə, bu, hamının etirazı deməkdir. Ona görə klub düzgün addım atıb. Mxitaryanın olmaması hamımız üçün yaxşıdır. Onun oyundan qorxmağa yox, digər məsələyə görə.


- Donald Gerryenin yoxluğunda Abbas Hüseynova, yoxsa Ansi Aqolliyə şans verəcəksiniz?


- Tək Gerye yox, bir neçə futbolumuz oynamır. Təxmini heyəti bilirəm. Amma hələ vaxtımız var. Sabah oyunda qəti qərar veriləcək.


- Unai Emerinin komandası Arsen Vengerin dövründəki "Arsenal”dan hansı elementlərə görə fərqlənir?


- Onların oyununu izləmişəm. Emerinin daha qol vurmağı tələb etdiyi oyunçularının açıqlamalarından da görünür. "Arsenal”ın kökü var. Nə qədər yeni məşqçi gəlsə də, onlar topla oynamağı çox xoşlayırlar.


Emeri bu cür turnirlərdə çox təcrübəlidi. İşlədiyi klublarda böyük uğurlar əldə edib. Xüsusən də Avropa Liqasında. Hiss olunur ki, komandada sürətli oyunçuların sayı çoxalıb. Bu, bugünki futbolda önəmli amildir. Sabah bəzən onlara qarşı təkcə topla yox, mübarizədə diqqətli olmalıyıq. Arsen Vengerin oyunun öz gözəlliyi, Emerinin oyunun öz gözəlliyi var.


- "Qarabağ” "Arsenal”dan xal ala biləcək?


- Bu cür klubların Azərbaycana gəlməsi ölkə futbolu və bizim üçün böyük təcrübədir. Futbolun sevilməsi üçün şansdı. Azarkeşlərimiz belə oyunlara daha çox böyük maraq göstərir. Hər oyundan sonra 2-3 min azarkeşimiz çoxalırsa, yaxşıdır. Amma hər şeyə real baxmaq lazımdır. Belə böyük klublara qarşı oynamışıq və uğurlu oyunlarımız da olub. Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq.


BAKU.WS