SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan millisinin UEFA Millətlər Liqasının IV turunda Malta yığması ilə ev oyunu üçün biletləri satışa çıxarılıb.

Azarkeşlər oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərini bu gündən əldə edə bilərlər.

Üç kateqoriya üzrə biletlərin qiyməti 2-5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir.

Qeyd edək ki, milli komanda oktyabrın 11-də III tur çərçivəsində Farer adalarının qonağı olacaq. D Liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb.

BAKU.WS