SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, biletləri bu gündən etibarən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. 
Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyulun 21-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - MTK matçı saat 21:00-da başlayacaq.

BAKU.WS