Transfer çalışmalarını davam etdirən "Neftçi" daha bir futbolçu ilə heyətini gücləndirib.

BAKU.WS goal.az-a istinadən xəbər verir ki, "ağ qaralar" xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər "Neftçi"nin uğurları üçün çalışacaq.

Yeni futbolçumuz komandamızın heyətində 6 nömrəli forma ilə mübarizə aparacaq. Qoran Paratskinin son klubu Avstraliyanın Vellington Phoenix klubu olub. Ölkəsinin gənclər yığmalarında forma geyinib.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ